"Nə gəzirsən buralarda, get işini təhvil ver...” - Nazirə şikayət olundu








6 saylı Bakı Peşə Liseyində lobarant işləyən Rüşanə Babayevə Strateq.az saytı vasitəsi ilə təhsil naziri Ceyhun Bayramova müraciət edib. O, liseyə yeni təyin olunmuş direktor Rəşad Xanlarov, kadrlar şöbəsinin müdiri Orxan Qasımov və müavin Elnarə Qocayeva tərəfindən təzyiqlərə məruz qalaraq işdən çıxmaq barədə məcburi ərizə yazdığını bildirir.

Şikayətçi qeyd edir ki, Elnarə Qocayeva və kadrlar şöbəsinin müdiri dəfələrlə onu otaqlarına çağıraraq, qələm-kağız uzadıb işdən getməyi təklif ediblər: "Həta E.Qocayeva hər kəsin yanında məni təhqir edərək, "nə gəzirsən buralarda, get işini təhvil ver” deyərək qışqırıb.

Rüşanə Babayeva qeyd edir ki, həyat yoldaşı Qarabağ uğurunda döyüşlərdə yaralanıb, bir müddət əvvəl dünyasını dəyişib: "Üç uşağı təkbaşına böyütməyə məhkum anayam, Rəşad Xanlarov bunu bilə-bilə mənə verilən 140 manat maaşı çox görür. Məktəbdə yayılan məlumata görə, Xanlarovun qardaşı Təhsil Nazirliyində idarə rəisidir. Onun mənə qarşı etdiyi qanunsuz hərəkətlər isə bu arxayınçılıqdan qaynaqlana bilər”.

Şikayətçi daha sonra bildirib ki, Təhsil Nazirliyinə göndərdiyi müraciət bir aydır cavabsız qalıb. "Qaynar xətt”ə müraicət edərkən, onun ərizəsinin qeydə alınmadığını deyiblər: "Mən liseyə getdim, oradan işdən çıxarılmağımla bağlı əmrin surətini istədim. Amma vermədilər, əmək kitabçamı isə korlayaraq qaytardılar”.

R.Babayeva təhsil nazirindən xahiş edir ki, işdən çıxması ilə bağlı məcbur edilərək yazdığı ərizə etibarsız hesab olunsun: "Mənə təzyiq edənlərlərin cəzalandırlması ilə yanaşı, xahiş edirəm, mənim işmi başqa alternativ işə dəyişəsiz” – deyə şikayətçi nazirə ünvanladığı müraciətdə qeyd edir.

Şikayətçi sonda vurğulayıb ki, əgər bundan sonra da şikayətinə hər-hansı reaksiya verilməsə, tədbir görülməsə, Təhsil Nazirliyini və peşə liseyini məhkəməyə verəcək: "İctimaiyyətə müraciət edib məhkəmədə hüquqların müdafiəsi üçün dəstək istəyəcəyəm. Ümid edirəm ki, problem o nöqtəyə gəlməyəcək”.

Müraciətdə adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər