Ali Məhkəmədən mühüm Qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsi işəgötürən tərəfindən işçinin ərizəsində göstərilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsinin hüquqi nəticələrinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İşin hallarına görə, işçi 06.02.2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 1 ay sonra yəni, 06.03.2024-cü il tarixdən xitam verilməsini xahiş edib. İşəgötürən isə həmin müddəti gözləmədən 3 gün sonra 09.02.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verib. İddiaçı xəbərdarlıq müddətinin gözlənilmədiyinə istinad edərək, işdən azad olunması barədə əmrin ləğv olunması və işinə bərpa olunması barədə iddia qaldırıb. İşə baxan birinci və apelyasiya instansiya məhkəmələri əmri qanunsuz hesab etməklə, işçinin işə bərpa olunması qənaətinə gəliblər. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq qeyd edib ki, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyən 69-cu maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Baxılan işdə iddiaçı işəgötürənə yazdığı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə bir ay sonra xitam verilməsini xahiş edib. Bu halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddətini gözləməli, bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməli idi. Lakin işəgötürən xəbərdarlıq müddətini gözləməyib, iddiaçının barəsində intizam tənbehi verilməsi barədə əmrin olmasını əsas tutaraq, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verib. Bu hal (xəbərdarlıq müddətinin bitməməsi) əmrin ləğvinə əsasdır və məhkəmə əmri ləğv etməkdə haqlı olub. Bu baxımdan işə mahiyyəti üzrə baxmış məhkəmələr əmri ləğv etməkdə haqlı olsalar da, iddiaçının daimi olaraq işə bərpa olunması hissəsində düzgün olmayan qənaətə gəliblər.

Belə ki, iddiaçı öz iradəsinə uyğun olaraq 06.03.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq bu müddət bitənədək ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməsi halı müəyyən olunmayıb.

Belə olan halda bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı və işəgötürən ona xəbərdarlıq müddəti bitənədək olan dövr üçün əmək haqqı ödəmək vəzifəsi daşıyır. Ona görə də iddiaçı işdən azad olunma barədə əmrin verildiyi tarixdən xəbərdarlıq müddətinin bitdiyi tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir.

Oxunub: 310

Son xəbərlər

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Bütün xəbərlər