gundem / siyaset / dunya
23.01.2025
"KTMT ilə bağlı siyasi qərar vermişik" - Ermənistan TŞ
"Bizim bütün qərarlarımız açıqdır. İstər KTMT-yə aid olsun, istərsə də başqa ölkə ilə bağlı heç bir qərar məxfi ola bilməz".
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.
O, Ermənistanın KTMT-dən kənarda olub-olmaması məsələsinə toxunub: "Biz vəziyyəti qiymətləndiririk və ona uyğun qərar qəbul edirik. Biz KTMT ilə bağlı siyasi qərar vermişik. O qərarlar açıqdır və siz hamınız onlardan xəbərdarsınız. Yeni qərar olarsa, bu barədə sizə məlumat veriləcək".



