İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qəribə görünsə də, elmi cəhətdən tamamilə işə yarayır.
DogruXeber.tv xəbər verir ki, avtomobili kölgəyə qoya bilməyən hər bir sürücü qapını açan kimi üzünə vuran o boğucu istidən xəbərdardır. Əksəriyyət ya bütün qapıları açaraq gözləməyi, ya da kondisioneri ən yüksək rejimə qoymağı seçir. Lakin fizika qanunlarına əsaslanan bu üsul çox daha sürətlidir.


Avtomobilin sağ arxa şüşəsini (çəp şüşə) tamamilə aşağı endirin.


Avtomobildən kənara çıxın və sürücü qapısını tutun.


Sürücü qapısını sürətli və güclü bir şəkildə ard-arda açın və bağlayın.


İsti havanı xaricə vuran gizli güc: "Mənfi Təzyiq"

Professor Fray bu üsulun arxasındakı elmi izah edir: "Sürücü qapısını sürətlə açmaq və bağlamaq, avtomobilin içində mənfi təzyiq yaradır. Bu hərəkət fiziki olaraq 'kütlə axını' (mass flow) hadisəsini tətikləyir. Qapının yaratdığı emiş gücü, içəridəki bütün isti havanı sanki bir vakum kimi çölə sorur. Eyni anda, qarşı tərəfdə açıq saxladığınız arxa şüşədən içəri sürətlə təzə və nisbətən daha sərin hava dolur."


Keçirilən müstəqil sınaqlar bu üsulun effektiv olduğunu təsdiqləyir. Lakin nəzərə almaq lazımdır ki:


Bu üsul xarici havanın içəridəki havadan daha sərin olduğu bahar aylarında mükəmməl işləyir. Yayda isə çöldəki hava da çox isti olduğu üçün kondisioneri tam əvəz etməsə də, ilkin boğucu istiliyi dərhal qovur.


Qapı qolunu və petlələri davamlı olaraq çox sərt çəkmək uzun müddətdə avtomobilin qapı mexanizminə zərər verə bilər.


Avtomobilin yanında dayanıb tək bir qapını dəli kimi aç-bağ etmək kənardan çox qəribə görünə bilər və qonşularınızı narahat edə bilər.


Əgər insanların sizə qəribə baxmasından çəkinirsinizsə və ya tələsmirsinizsə, ənənəvi üsul hələ də ən etibarlıdır: Minən kimi bütün şüşələri tam aşağı endirin və yola çıxın; hərəkət zamanı yaranan təbii külək isti havanı sürətlə çıxaracaq və kondisioner içərini ideal temperatura gətirəcək./millii.az

Son xəbərlər

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Bütün xəbərlər