gundem
18.02.2020, 12:09
Sürücü sükan arxasında infarkt keçirdi

Goranboyda sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.
DogruXəbər.az bildirir ki APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri yaxınlığında qeydə alınıb. Əhmədov Elşən Məzahir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca çırpıb.
Araşdırma zamanı məlum olub ki, sürücü sükan arxasında infarkt keçirib və bunun nəticəsində avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.


