gundem / siyaset
27.04.2026, 13:00
Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat
Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev vəzifəsindən ayrılıb.
DogruXeber.tv xəbər verir ki, bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.
Qeyd edilib ki, Əli-Səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.
"Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir", deyə qeyd edilib.



