"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

Hernika dünyanın siyasi yaddaşına 1937-ci ildə - müdhiş müharibə fəlakəti olaraq daxıl oldu. Elə həmin ildə o, sənət tarixinə müharibə əleyhinə yaradılmış nadir tablo – Pikassonun "Hernika” əsəri ilə adladı. Rəssamın ağ və qara rənglərin harmoniyasından yaratdığı "Hernika” zaman keçdikcə sənət tarixinin müharibə əleyhinə ritualına çevrildi. Faşistlər Fransada tablo ilə bağlı Pikassodan soruşmuşdular: "Bunu sizmi yaratmısınız? Cavab qısa və dərin olmuşdu. "Xeyir, bunu siz yaratdınız”. Budur, o üçüncü dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir.

DogruXeber.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bu gün həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı! Dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili ona dünya diplomatiyasında müstəsnalıq qazandırdı.

Cənab Prezident bütün görüşlərdəki çıxışları ilə həm məzmun, həm də ton baxımından qlobal siyasətə aydın mesajlar verirdi, Azərbaycanın beynəlxalq humanitar məsuliyyətinə əsaslanan mövqeyini ortaya qoyurdu: "Bizim baxışımız sülh və inkişaf üzərində qurulub - beynəlxalq hüquqa, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan bir dünya nizamı yaratmaq istəyirik"! Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan müharibə və qarşıdurmalardan uzaq, konstruktiv dialoqa üstünlük verən bir dövlət kimi tanınır.

Bu beynəlxalq görüşlərdə baş verənlər, əslində, Azərbaycanın diplomatik tarixində bir mərhələdir. Böyük qlobal tribuna, fərqli regionlar, amma eyni məzmunlu mesaj: ədalət, sülh, əməkdaşlıq və müstəqillik! Vaxtilə böyük qırğız yazıçısı Çingiz Aytmatov məşhur "Kassandra damğası"nda yazırdı: "İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?"

Hələ 80-ci illərin sonlarında Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: "Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq".

Yəni o məqamlar ki, humanitar düşüncəni, fikir adamlarını illərlə narahat edib, çıxış yolu kimi məhz o məqama istinad olunub ki, orda qlobal xaosu kosmosa çevirən, ahəngə və nizama xidmət edən dövlət başçılarının rolu prioritetə çevrilsin!

Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət! Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur. Və elə bu məram - sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! "Gernika mükafatı” bu mənada, bu ali əmələ verilən dəyərdir, eyni zamanda, cənab Prezidentin özünün qeyd etdiyi kimi, "sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir"!

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru//Qaynarinfo

Oxunub: 3

Son xəbərlər

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Bütün xəbərlər