Kino Agentliyinin baş direktoru kim olacaq? - Müşfiq Hətəmovun cəhdləri...

dogruxeber.tv: - Məlum olduğu kimi, ötən ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxs yaradılıb.
Sərəncama əsasən, agentliyə rəhbərliyi Baş direktor həyata keçirməlidir. Lakin bu günədək ARKA-ya baş direktor təyin edilməyib.

Agentliyin işinə hələlik yazıçı-jurnalist, baş direktorun müşaviri Orxan Fikrətoğlu rəhbərlik edir.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, ARKA-nın rəhbərliyinə bir neçə nəfər iddialıdır. Onlardan birinin ssenarist, kinoprodüser, "Space" TV-nın sabiq baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov olduğu bildirilir.

Qeyd edək ki, o, "Space"ə gəlməzdən öncə uzun müddət kino sahəsində çalışıb. "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022) olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, "Space"dəki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Müşfiq Hətəmov ARKA-nın rəhbərliyinə təyin olunmaq üçün cəhdlər etsə də, hakimiyyətin yuxarı eşalonundakı dostları buna razılıq verməyəcəklər.

"ARKA-nın rəhbərliyinə təyinat böyük ehtimalla Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransından sonra həyata keçiriləcək. Bu posta iddialı olan xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovadan hansı seçkidən qalib gələrsə, İttifaqın sədri, digəri isə Kino Agentliyinin rəhbəri olacaq", - deyə mənbə bildirib.//siam.az

Oxunub: 394

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər