dunya
12.06.2018, 08:54
Sürücü maşını piyada keçidində insanların üstünə sürdü - 6 yaralı

Yaponiyanın paytaxtı Tokioda sürücü avtomobili piyada keçidindəki insan kütləsinin üstünə sürüb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 52 yaşlı sürücünü tutublar. O, polisə ifadəsində qaz və əyləcin yerini səhv saldığını, nəticədə qəza baş verdiyini deyib.


