gundem / siyaset / bolge / Manşet
26.06.2026
Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
DogruXeber.tv xəbər verir ki, bu gün Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru – Həştərxan vilayəti Hökumətinin sədri Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qubadlı rayonuna səfər edib. Səfər çərçivəsində Mahruzlu kəndində Həştərxan vilayəti Hökuməti tərəfindən inşa olunan məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işlərinin gedişi ilə tanış olunub.







