Astana danışıqları: İran nümayəndə heyəti Türkiyə, Suriya və Rusiya diplomatları ilə görüşüb

"dogruxeber.tv" İrna-ya istinadən xəbər verir ki, ötən gün İran xarici işlər nazirinin baş köməkçisi Əli Əsgər Xaci bu dəfə də diqqət mərkəzində olan Suriya münaqişəsi üzrə Astana danışıqlarının son raundu çərçivəsində Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin müavinləri ilə ayrıca görüşüb.

Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qarant dövlət kimi Qazaxıstanın eyniadlı şəhərində çərşənbə axşamı səhər Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün Astana danışıqlarının 20-ci raundu üçün bir araya gəliblər.

Bu gün də davam edəcəyi gözlənilən danışıqlarda Suriya prezidenti Bəşər Əsəd hökumətinin və ona müxalif silahlı qrupların nümayəndələri də iştirak edir.

Dördtərəfli görüş çərçivəsində Xacinin başçılıq etdiyi İran nümayəndə heyəti Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi nümayəndə heyəti ilə Suriya və Türkiyə arasında son hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Onlar razılaşıblar ki, Ankara və Dəməşq münasibətləri normallaşana qədər danışıqlar davam etdirilməlidir. Hər iki tərəf həmçinin Suriyanın milli suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmətin vacibliyini vurğulayıb.

İran nümayəndə heyəti Suriya xarici işlər nazirinin müavini Ayman Susanın başçılıq etdiyi nümayəndə heyəti ilə də müzakirələr aparıb.

Ayrılıqda Xaci və onu müşayiət edən nümayəndə heyəti Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb. Tərəflər bölgədəki son hadisələri və Dəməşq ilə Ankara arasındakı fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə ediblər.

İran və Rusiya nümayəndələri həmçinin Suriyanın suverenliyinə hörmət və terrorla mübarizənin vacibliyini vurğulayıblar.

dogruxeber.tv
Rəna Gözəlova

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər