gundem / siyaset / dunya
18.01.2023
Lavrovdan Türkiyə-Suriya görüşü ilə bağlı AÇIQLAMA
“Hazırda Türkiyə və Suriya xarici işlər nazirlərinin bir araya gələcəyi görüş üçün hazırlıq görülür”
.
"dogruxeber.tv" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Bildiyiniz kimi, Türkiyə Suriya ilə münasibətlərini normallaşdırmaq istəyir. Türkiyə prezidenti Ərdoğan Suriya prezidenti Əsədlə görüşməyə hazırdır. Bu məsələdə bizdən kömək istədilər. Rusiyanın köməyi ilə Türkiyə və Suriyanın müdafiə nazirləri ilə görüşdü. İndi xarici işlər nazirlərinin toplantısı üçün hazırlıq görülür" - Lavrov əlavə edib.
Türkiyə ilə Suriya arasında 2022-ci ildən normallaşan münasibətlərin Rusiyanın səyləri sayəsində başladığını deyən Lavrov Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin də ötən dekabrın sonunda Moskvada görüşdüyünü xatırladıb.//demokrat.az



