Ruslar minlərlə uşağı Belqorod vilayətindən evakuasiya edir

Rusiya Federasiyasının Belqorod vilayətinin səlahiyyətliləri ərazinin vaxtaşırı atəşə tutulması səbəbindən 9 min uşağı bölgədən çıxarmaq qərarına gəlib.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə "RİA Novosti" Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkova istinadən məlumat yayıb.

Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğuna görə Belqorod vilayətindən 9 minə yaxın uşağın Rusiyanın digər bölgələrinə aparılması barədə qərar verilib.

"Bu gün biz çox sayda kəndi köçürürük, indi biz Belqoroddan, Belqorodski rayonundan, Şebekinski rayonundan, Qrayvoronski rayonundan təxminən 9 min uşağı köçürməyi planlaşdırırıq... Ayın 22-də 1,2 min uşaq Penzaya, Tambova, Kaluqa və Stavropol diyarına gedir. Sistem qurulub", Belqorod vilayətinin qubernatoru bildirib.

Xatırladaq ki, 12 mart 2024-cü il tarixindən etibarən Rusiya Federasiyasının Belqorod və Kursk vilayətlərinin sərhəd bölgələrində Ukrayna tərəfində vuruşan rus könüllüləri - "Rusiya azadlığı” legionu, Rus könüllülər korpusu (RKK) və Sibir taboru ilə Rusiya hərbçiləri arasında döyüşlər gedir.

Martın 13-də rusiyalı könüllülər birgə bəyanat dərc edərək, Belqorod və Kurskda Rusiya hərbçilərinin mövqelərinə hücumlar elan edib və yerli sakinləri təxliyə etməyə çağırıblar.

Daha sonra RKK Kursk və Bryansk vilayətlərinin evakuasiya etməyə vaxtı olmayan və ya imkanı olmayan bütün sakinlərini dərhal sığınacaqlara getməyə çağırıb.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər