gundem / dunya
19.04.2022
Rusiya "S-400"-ləri Ukrayna ilə sərhəddə gətirdi
Rusiya ordusu "S-300" və "S-400" zenit-raket komplekslərini Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd rayonlarına yerləşdirib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.
"Eyni zamanda "S-400" və "S-300" zenit-raket batalyonları əsas komanda məntəqələrini, eləcə də arxa əraziləri əhatə etmək üçün Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd rayonlarına yerləşdirilib", - Baş Qərargahdan bildiriblər.



