gundem / hadise / Kriminal
18.06.2026
Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi
Niameydə yerləşən hava limanında silah səsləri və partlayış səsləri eşidilib.
DogruXeber.tv-nin xarici mediaya istinadən məlumatına görə, hava limanının giriş hissəsində yerli vaxtla saat 06:00 radələrində atəş səsləri qeydə alınıb.
Təxminən bir saat davam edən hadisə zamanı ərazidə partlayış səsləri də eşidilib.
Hadisənin səbəbi hələlik məlum deyil, ərazi isə müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb.



