gundem / siyaset
25.08.2021
Xankəndidə partlayış: ermənilər panikadadır - VİDEO
DogruXebər.az : - Xankəndidə partlayış səsləri erməniləri panikaya salıb.
Ölkə.Az sosial medianın erməni seqmentinə istinadən xəbər verir ki, 4 partlayışdan sonra bunun mina zərərsizləşdirilməsi prosesi olduğu açıqlanıb. Lakin partlayışlar davam edib.
Nəticədə ərazidə yanğın başlayıb.
Xankəndidə müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri partlayışlarla bağlı heç bir məlumat verməyib.



