gundem
28.12.2020, 13:06
Xankəndidə antiterror əməliyyatları… – Politoloq

Antiterror əməliyyatları Xankəndi şəhərində aparılmalıdır. Bu gün regionda terrorun başı oradadır və terrora son qoymaq üçün öncə o “başı kəsmək” lazımdır.
dogruxeber.tv xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.
“Əgər Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman Laçın dəhlizi də qapadılmalı, sülhməramlılar isə yalnız Ermənistan-Azərbaycan sərhədində müşahidə aparmalıdırlar”, – o bildirib.
Qeyd edək ki, ötən gün erməni silahlılar Tuğ kəndində Ordumuza qarşı təxribat törədib və bir əsgərimiz şəhid olub. Bunun ardınca antiterror əməliyyatına başlayan Ordumuz 6 erməni silahlısını məhv edib. /axar.az/


