Jurnalist Ülviyyə Şamilqızını avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunub













Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) avtomobillə vuraraq öldürən sürücü Rüstəm Jaksakovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bunu “Report”a açıqlamasında Ü.Şamilqızının hüquqi varisinin vəkili Fərid Həsənov deyib.

Vəkil bildirib ki, Həştərxan vilayətinin Turusov Rayon Məhkəməsi iş üzrə hökmü elan edib. Hökmə əsasən, R.Jaksakov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin 3 il sürücülük hüququndan məhrum edilməsi barədə də qərar çıxarıb.

Qeyd edək ki, bu il yanvarın 24-də Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan jurnalist hadisə yerində ölüb. Aparılan tibbi ekspertizanın yekun rəyinə əsasən, Ü.Şamilqızı hadisə baş verəndən 30 dəqiqə sonra keçinib.

Rəydə qeyd olunub ki, Ü.Şamilqızının aldığı bədən xəsarətləri və travmalar ilə sağ qalmaq ümidi olub: “Təcili Tibbi Yardım maşını hadisə baş verən əraziyə gec gəlib. Huşsuz halda üzüyuxarı vəziyyətdə uzanan Ülviyyə Məmmədovanın boğazına qan yığılıb və o, öz qanında boğularaq ölüb”.

Ekspertizanın rəyində həmçinin qeyd olunub ki, hadisə Rusiya Federasiyası vaxtı ilə 18:20-də baş verib: “Hadisədən sonra qəzanı törədən sürücüyə məxsus mobil nömrədən saat 18:24-də Təcili Tibbi Yardım Stansiyasına (TTYS) zəng olunub. Bir qədər sonra – 18:36-da TTYS-dan qəzanı törədən şəxsin mobil nömrəsinə zəng olunub və tibbi yardım maşınını idarə edən sürücünün qəza baş verən ərazini tapa bilməməsi deyilib. Qəzanı törədən sürücü yenidən saat 18:40-da TTYS-ə zəng edib və Təcili Tibbi Yardım maşınının niyə gəlmədiyini soruşub. Təcili tibbi yardım maşını hadisə yerinə saat 19:00 radələrində – Ülviyyə Məmmədova dünyasını dəyişəndən sonra gəlib çatıb” – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə bildirilib.

Mərhum Gəncə şəhərində torpağa tapşırılıb.

Xatırladaq ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ü.Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı

Oxunub: 669

Son xəbərlər

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bütün xəbərlər