hadise
8.08.2020
Meydançada oyayan uşaq beton plitə altında qalıb öldü
![]()
Rusiyanın Həştərxan şəhərində faciəvi hadisə baş verib.
dogruxeber.tv-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Həştərxan vilayəti üzrə İstintaq Komitəsinin saytında bildirilib.Belə ki, beton plitə uşaq meydançasında oynayan 11 yaşlı oğlanın üzərinə düşərək ölümünə səbəb olub.
Uşaq plitəyə bitişik dəmir nərdivanla qalxarkən nərdivan qırılıb və o, plitənin altında qalıb. Oğlan aldığı xəsarətlər nəticəsində elə hadisə yerində keçinib.
Hazırda hadisənin təfərrüatları araşdırılır.


