dunya
10.09.2020
Çin hərbçilərini Qafqaza göndərir

Çin hərbçiləri Rusiya ərazisində keçiriləcək “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak edəcək.dogruxeber.tv bildirir ki,bu barədə “RİA Novosti” Çinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya ilə Çin arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Çin Silahlı Qüvvələri şəxsi heyətini 21-26 sentyabr tarixlərində keçiriləcək “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak üçün Həştərxan əylalətinə göndərəcək”, - nazirlikdən bildirilib.


