Rusiya və Ermənistan birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə dair razılığa gəliblər
















Rusiya və Ermənistan arasında Kollektiv Təhlükəsizliyin Qafqaz bölgəsində Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemindəki (BRHHMS) qüvvələr və vasitələrin tərkibi ilə bağlı razılıq əldə olunub. dogruxeber.tv-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Hava-Kosmik Qüvvələri komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko bildirib.


“Rusiya və Ermənistan Kollektiv Təhlükəsizliyin Qafqaz bölgəsində Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sisteminin (BRHHMS) tərkibinə ayıracaqları qüvvələrin siyahısına dair razılaşmanı imzalayıb”, - deyə Pavel Kuraçenko bildirib.

Sənəd Rusiya və Ermənistan Baş Qərargah rəisləri tərəfindən imzalanıb. Qüvvələr və vasitələrin siyahısı təsdiqlənməsi üçün iki ölkənin müdafiə nazirlərinə təqdim edilib.

Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi 1995-ci ildə Alma-Atada MDB-yə üzv olan 10 ölkə arasında imzalanmış müvafiq razılaşma əsasında yaradılıb. Hazırda BRHHMS-ə Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər