gundem
20.08.2020, 17:02
Gerasimov bir həftədə ikinci dəfə Qafqaza gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Cənub Hərbi Dairəsinə gəlib.
dogruxeber.tv Axar.az-a istinaden xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, səfərdə əsas məqsəd “Qafqaz 2020” təliminə hazırlığın müzakirəsidir.
Qeyd edək ki, Gerasimov bir həftə öncə oxşar səbəblə Cənub Hərbi Dairəsinə səfər etmişdi. Bu səfər Türkiyə generallarının Bakıya səfəri ilə eyni vaxta təsadüf etmişdi.


