sosial
27.07.2020, 16:38
Rusiya sərhədimiz önündə hərbi təlimə başladı

Rusiyanın Cənub Hərbi Dairəsi hərbi təlimə başlayıb.
dogruxeber.tv Axar.az-a istinadən bildirir ki, bu məlumatı Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb.
Təlimə 5 min hərbçi cəlb edilib. Təlimin Dağıstan, Şimali Osetiya, Çeçenistan, Abxaziya və Cənubi Osetiyada keçiriləcəyi vurğulanıb.
Cənub Hərbi Dairəsinin bu addımı “Qafqaz 2020” təliminə hazırlıq çərçivəsində atdığı vurğulanıb.)


