Abidin Fərzəliyev  Həştərxan  vilayətinin  qubernatoru  ilə  görüşüb

"dogruxeber.tv" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdən əvvəl Abşeron RİH başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur.
Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Moqamayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür.
Daha sonra iştirakçılar Xırdalan şəhərinə gələrək burada 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan həmvətənlərimizin əziz xatirəsinə ucaldılan abidəni ziyarət etmiş və xatirələrini ehtiramla yad etmişlər.
RİH binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyəv qonaqları Xırdalan şəhərində salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu, onun tarixi, memarlığı, yerləşdiyi coğrafi mövqeyi, təbii sərvətləri, turizm və iqisadi imkanları barəsində ətraflı məlumat vermişdir. Həştərxanlı investorları Abşerona dəvət edən Abdin Fərzəliyev onlar üçün lazimi imkanların yaradılacağını qeyd etmiş, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektləri və onların istehsal etdiyi məhsullar haqqında danışmışdır.
Abşeronla Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu vurğulayan RİH başçısı rayon ərazisində yeni-yeni iş yerlərinin açıldığını və sahibkarlığın, eləcə də investisiya mühitinin inkişaf etdirildiyini qonaqların diqqətinə çatdırmışdır.
Öz növbəsində İqor Babuşkin göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında çoxlu ortaq cəhədlərin olduğunu və əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd etmişdir. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni üfüqlərin açıldığını qeyd edən İqor Babuşkin Abşeron rayonunda istehsal olunan məhsulların Həştərxan vilayətində, eləcə də oranın məhsullarının Xırdalan şəhərində satış mərkəzlərinin yaradılmasının məqsədəuyğun olduğunu bildirmişdir.
Abdin Fərzəliyevi Həştərxan vilayətində işgüzar səfərə dəvət edən İqor Babuşkin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimizin səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirmişdir.

Abidin Fərzəliyev  Həştərxan  vilayətinin  qubernatoru  ilə  görüşüb

Abidin Fərzəliyev  Həştərxan  vilayətinin  qubernatoru  ilə  görüşüb

Abidin Fərzəliyev  Həştərxan  vilayətinin  qubernatoru  ilə  görüşüb

Abidin Fərzəliyev  Həştərxan  vilayətinin  qubernatoru  ilə  görüşüb

Abidin Fərzəliyev  Həştərxan  vilayətinin  qubernatoru  ilə  görüşüb

Oxunub: 487

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər