dunya
29.08.2020
Yaponiyada içində sürücü olan uçan avtomobil sınaqdan keçirildi

Yaponiyada içində sürücü olan uçan avtomobil sınaqdan keçirilib.
dogruxeber.tv İz.ru-a istinadən xəbər verir ki, avtomobil havaya qalxaraq, yerdən 1,5-2 metr yüksəklikdə dörd dəqiqə dayanıb.
Mühəndislər bu müddəti 50 dəqiqəyə qədər uzatmağı planlaşdırırlar.
Uçan avtomobilin 2023-cü ildə satışa çıxarılacağı gözlənilir.


