gundem / siyaset / dunya
27.06.2026
İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

İsrail və Livan arasında razılaşmaya dair çərçivə sazişinə görə, İsrail qoşunlarını respublika ərazisindən tədricən çıxaracaq.
DogruXeber.tv xəbər verir ki, bu, ABŞ, İsrail və Livan nümayəndələri tərəfindən Vaşinqtonda imzalanan, iyunun 26-da dərc olunmuş müqavilənin mətnində yer alıb.
Sənədə əsasən, bu şərtlər - münaqişəyə son qoyulması, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpası, qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsi və onlarla əlaqəli infrastrukturun ləğvi - yerinə yetirildikdə İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxacaq.
Sazişə görə, hazırda İsrail qüvvələrinin əlində olan iki ərazinin nəzarəti Livan hakimiyyətinə veriləcək.
Təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri də daxil olmaqla, prosesin təfərrüatları ABŞ-ın dəstəyi ilə hazırlanmış əlavədə göstəriləcək.


