Dörd günlük güclü maqnit qasırğası olacaq

İyunun son günlərində Yer kürəsində geomaqnit aktivliyində artım müşahidə olunacaq.

DogruXeber.tv xəbər verir ki, mütəxəssislər bildirirlər ki, güclü maqnit qasırğası gözlənilməsə də, bəzi günlərdə orta səviyyəli təsirlər hiss oluna bilər.

Məlumata görə, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi nisbətən yüksək olacaq. Bu günlərdə Kp indeksi 3,7 səviyyəsinə çata bilər ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab olunur. Xüsusilə səhər və axşam saatlarında təsirin daha çox hiss ediləcəyi qeyd edilir.

28 iyunda aktivliyin tədricən azalacağı və Kp indeksinin 3 səviyyəsinə enəcəyi gözlənilir. 29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi, geomaqnit sahəsinin əsasən sabit qalacağı bildirilir.

Mütəxəssislər vurğulayırlar ki, bu göstəricilər təhlükəli səviyyə hesab edilmir və əksər insanlar heç bir narahatlıq hiss etməyə bilər. Bununla belə, meteohəssas şəxslər, yaşlı insanlar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə bəzi əlamətlər yarana bilər.
Bu əlamətlər arasında baş ağrısı, yorğunluq, yuxu pozğunluğu, təzyiq dəyişiklikləri, ürəkdöyünməsinin sürətlənməsi, əsəbilik və diqqət dağınıqlığı yer alır.

Həkimlər belə günlərdə qəhvə və energetik içkilərin qəbulunu azaltmağı, kifayət qədər su içməyi, yüngül qidalanmağı və ən azı 7-8 saat yatmağı tövsiyə edirlər. Həmçinin təmiz havada gəzinti etmək və günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq məsləhət görülür./milli.az

Son xəbərlər

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

Bütün xəbərlər