hadise
23.01.2019, 18:39
Hövsanda qəza törətmiş sürücü xəstəxanada öldü

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, yanvarın 22-də saat 4 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Babayev idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə, xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb


