hadise
30.11.2018, 20:24
Tovuzda maşın aşdı - sürücü öldü

Noyabrın 29-da saat 3 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində kənd sakini Elnur Abbasov idarə etdiyi "KİA” markalı avtomobili aşırıb.
DİN-dən verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.


