bolge
11.05.2018, 08:27
Göygöldə yük avtomobili aşıb, ölən var

Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb. Qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.
Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


