Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB-2













Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

DogruXebe.az-in Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə “Mercedes”-in sürücüsü və sərnişini, İmişli sakini 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər. “Mercedes”-də olan digər sərnişin İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib.

Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.


Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Bu axşam Saatlı rayonu ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

dogruxeber.tv-ın Mil-Muğan bürosunun məlumatına görə, bu İmişli rayon sakinləri Allahverənov Əli Təşkilat oğlu və İsgəndərov Peymandı.

Hadisə yerinə cəlb olunmuş FNN-nin xilasediciləri "Shaqman" markalı yük maşınında sıxılmış vəziyyətdə qalmış sürücü, Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

M.Rəsulov və qəza nəticəsində yaralanan digər şəxs, “Mercedes” markalı avtomobildə olan İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma davam etdirilir

Saatlı rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.

dogruxeber.tv-ın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaralar kəndində "Shaqman" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yük maşını kanala aşıb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

dogruxeber.tv-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb. "Shaqman" markalı yük avtomobili "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB-2


Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB-2

Son xəbərlər

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Bütün xəbərlər