hadise
1.06.2019
Ağstafada qadın sürücü avtomobili aşırdı
![]()
Ağstafada qadın sürücü idarə etdiyi avtomobili aşırıb.
"Report"un məlumatına görə, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Qəza nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


