hadise
3.02.2019, 13:15
Sürücü qıc oldu - maşını aşırdı...

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv report-a istinadən məlumatına görə, hadisə bu gün saat 11:10 radələrində İmişli-Şahverdili yolunda qeydə alınıb.
İmişli şəhər Depo küçəsində yaşayan, 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyub oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, anidən qıc olduğunu gördükdə özünü itirərək yerə atılıb, maşın isə yolun kənarına aşıb. Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


