hadise
3.12.2018, 14:47
İmişlidə iki avtomobil toqquşdu - Ölən var

İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.
DİN-dən verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi "Hyundai” və Vüqar Quliyevin idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.


