“Maşını saatda 175-lə sürüb”













Bakı Ağır Cinayətlər Məhkəməsində içkili vəziyyətdə avtomobil idarə edərək iki nəfərin ölümünə səbəb olan Şamil Həsənovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası davam etdirilib.
Qəza nəticəsində vəfat edən Vüsal Quliyevin anası Rəfiqə Quliyeva deyib ki, qəza zamanı Şamil maşını saatda 175-lə sürüb.

Qarşı tərəf isə bunu təkzib edərək 60 km/saat sürətlə getdiyini bildirib.

Məhkəmə qəza ilə bağlı avtoekspertizanın keçirilməsinə qərar verib. Proses qeyri-müəyyən müddətə, ekspertizanın rəyi bəlli olana qədər təxirə salınıb.

İttihama görə, hadisə 2018-ci il martın 12-də saat 02 radələrində Sumqayıt şəhərində baş verib. Şamil Həsənov sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində Eldar Həsənovun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşub.

Nəticədə E.Həsənov və sərnişini Vüsal Quliyev hadisə yerində vəfat edib.

Şamil Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Xatırladaq ki, Ş.Həsənov isə özünün avtomobil həvəsi ilə medianın gündəmində olub. Əslən Qubadlıdan olan Ş.Həsənov 039 seriyası ilə avtomobillər nümayiş etdirib. Bildirək ki, bu seriya Qubadlı rayonunun avtomobil dövlət nömrə nişanıdır.

Murad Əhməd

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər