“Demisiniz ki, bilmədik hansı vəzifəli şəxsin oğludu” – ilahiyyatçının qardaşının məhkəməsi













İçkili qəza törədərək iki nəfərin ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan Həsənov Şamil Bəhram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı dünyasını dəyişən Eldar Həsənovun atası Cəmşid Həsənov ifadə verib.

Cəmşid Həsənov qəzada dünyasını dəyişən digər şəxs Vüsal Quliyevin anası Rəfiqə Quliyevanın istəyi ilə məhkəməyə dəvət edilib.

Rəfiqə Quliyeva sual verib ki, Cəmşid Həsənov niyə qəza törədən şəxsi bağışlayıb?

“Mənim oğlum Cəmşidin oğlunun maşınında olub. Oğlumun iki maşını var idi. Amma Eldarın maşını ilə getmişdilər. Hadisə baş verən gün onlar barışıq elədilər. Mən Cəmşidgillə qonşuyam. Münasibətimiz də həmişə yaxşı olub. Hadisə gününün səhəri mən oğlumu torpağa tapşırmadan məni Cəmşidgil evlərinə çağırdılar. Mən də dedim bəlkə oğlumla bağlı nəsə xəbər var. Gelən kimi mənə dedilər ki, biz bağışlamışıq, sən də bağışla. Onlar ikisi də Qubadlıdandır, bağışlaması normaldır”.

Hakim bildirib ki, zərərçəkmişin həbs edilən şəxsi bağışlaması sorğu-sual edilə bilməz.

Zərərçəkmiş Cəmşid Həsənov bu suala cavab verməyib.

Rəfiqə Quliyeva qeyd edib ki, qəzanı törədən Şamil Həsənovla digər mərhum Eldar Həsənov arasında problemin olduğundan şübhələnir: “Bəlkə bu Şamil Eldarın maşınını görüb, bilərəkdən onun üstünə sürüb. Əvvəlcədən aralarında nəsə ədavət olub? Oğlum da bunların güdazına gedib”- deyə R.Quliyeva sualını izah edərkən bildirib.

C.Həsənov mərhum oğlu ilə Şamil Həsənov arasında problem olmadığını deyib.

Məhkəmədə yol polisləri Elnur Rəhimov və Elmədin İsmayılov da şahid qismində ifadə verib.

Onların hər ikisi deyib ki, növbətçi hissədən qəza ilə bağlı məlumat daxil olandan sonra hadisə yerinə gediblər. Qəza baş verən yerə yaxınlaşarkən “OKA”da olan iki şəxsin öldüyünü görüblər. Polis əməkdaşları qeyd edib ki, qəzanı törədən şəxs öz maşınının yanında olub və dəvət edilən zaman polis idarəsinə gedib.

Zərərçəkmiş Rəfiqə Quliyeva polislərə belə bir sual verib: “Siz bu adamı polisə gətirəndə demisiniz ki, maşının üstünə çıxıb söyüş söyürmüş. Deyirmiş ki, mənim maşınımı söndürün, o biri maşında olanlar puluna minnət. Həm də demisiniz ki, onu saxlamaq çətin olub. Demisiniz ki, bilmədik hansı vəzifəli şəxsin oğlu idi. Belə hərəkətlər edirdi”.

Polis əməkdaşları belə sözlər demədiklərini, Şamil Həsənova yaxınlaşan zaman heç bir müqavimət göstərmədiyini deyiblər.



Rəfiqə Quliyeva nəzarət kameralarındakı görüntülərin çıxarılmasını məhkəmədən xahiş edib. Hakim bildirib ki, şahidlər dindiriləndən sonra bu məsələyə yenidən baxılacaq.

Məhkəmə iclası avqustun 27-də davam etdiriləcək.

Qeyd edək ki, qəza hadisəsi Sumqayıt şəhərində martın 12-də saat 02 radələrində baş verib.

Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşması, nəticədə E.Həsənovun və sərnişin Quliyev Vüsal Vidadi oğlunun hadisə yerində vəfat etmələri faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Şamil Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunudur.

O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır. Əkrəm Həsənov bir neçə dəfə qeyri-adi, cəmiyyətdə gülüş doğuran fikirləri ilə gündəmə gəlib.

Onu da qeyd edək ki, avtomobil həvəskarı olan Şamil Həsənov bir neçə il əvvəl mətbuatın gündəminə çıxmışdı. O, icra başçılarının birinin yaxın qohumu kimi təqdim edilirdi. Əslən Qubadlıdan olan Ş.Həsənov sosial şəbəkələrdə daha çox 039 (Qubadlı avtomobil seriyası) seriyalı avtomobilləri nümayiş etdirirdi. Daha sonra o, feysbuk səhifəsini bağlayıb.

“Demisiniz ki, bilmədik hansı vəzifəli şəxsin oğludu” – ilahiyyatçının qardaşının məhkəməsi



“Demisiniz ki, bilmədik hansı vəzifəli şəxsin oğludu” – ilahiyyatçının qardaşının məhkəməsi


“Demisiniz ki, bilmədik hansı vəzifəli şəxsin oğludu” – ilahiyyatçının qardaşının məhkəməsi

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər