---
10.04.2026
Yarımtikilidə 84 yaşlı qadının meyiti tapıldı
İsmayıllıda yarımtikilidə qadın meyiti tapılıb.
DogruXeber.tv xəbər verir ki, hadisə aprelin 9-u saat 16 radələrində İsmayıllı şəhərinin ərazisində yerləşən Mənzil Kommunal Təsərrüfatı Birliyinin həyətindəki yarımtikilidə baş verib.
Ölən qadının 1942-ci il təvəllüdlü Qalınçaq kənd sakini Vəzifə Namaz qızı Fatullayeva olduğu müəyyənləşib.
Onun üzərində zorakılıq əlamətləri aşklanmayıb.
Faktla bağlı araşdırma aparılır.//qafqazinfo



