hadise
3.12.2019, 17:02
Gənc qadın meşədən asılmış vəziyyətdə tapıldı – Azərbaycanda dəhşət

Balakəndə meşədən meyit tapılıb.
“dogruxeber.tv” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.


