Ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi -“ARAZ SUPERMARKET”

DogruXeber.com: - Bu ilin ilk beş ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 563 şikayət daxil olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Marja.az-a verilən məlumata görə, ən çox şikayət mart ayında daxil olub. Hesabat dövründə daxil olan müraciətlərin məhsul qrupları üzrə təsnifatına əsasən süd və süd məhsullarına dair şikayətlərin sayı daha çox olub. Sonrakı yerlərdə ət və ət məhsulları, un və unlu qənnadı məmulatları yer alıb. Ən az şikayət isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alınıb. Müraciətlərdən 238-i müəyyən bir məhsula aid edilmədən xidmətlə əlaqədardır.

Həmin dövr ərzində istehlakçılar tərəfindən ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi "Araz supermarket”, ən çox şikayət olunan un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi "Azza” şirniyyat evi, ən çox şikayət olunan ictimai iaşə müəssisəsi isə Sumqayıt şəhəri, 20-ci məhəllə, Gənclik küçəsində fəaliyyət göstərən "Xan çinar” kafesi olub.

Daxil olan müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması ilə (146) əlaqədardır. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57), eyni zamanda son istifadə tarixi bitmiş qida məhsulları (59) ilə əlaqədar şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə çoxluq təşkil edib. Ən az şikayət məhsulların çəkisinin qablaşdırmada göstərilən çəkidən fərqli olması (kəmiyyət saxtalaşdırılması) və qablaşdırılması, eyni zamanda dövriyyəsi qadağan olunmuş məhsulların satışı ilə əlaqədar olub.

İlk beş ay ərzində daxil olan müraciətlərin qida zəncirinin müxtəlif mərhələləri üzrə təsnifatına əsasən satışla bağlı şikayətlərin sayı üstünlük təşkil edib. Qida zəncirinin daşınma və saxlanma mərhələsi üzrə isə daha az sayda şikayət daxil olub. İstehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin araşdırılması nəticəsində 209 şikayət öz təsdiqini tapıb və agentlik tərəfindən qanunvericiliyə əsasən müvafiq tədbirlər görülüb. 185 müraciətdə göstərilən fakt öz təsdiqini tapmayıb.// Marja.az

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər