Yoxlamalar başlayır...

















Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq.

“dogruxeber.tv” trend-ə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən qurum qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Həmçinin fərmana əsasən Agentlik qeyd olunan fəaliyyətlərin icrasına bu il iyulun 1-dən başlayacaq.

Agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə əsasən, agentlik qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirməli, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almalı və reyestrini aparmalı, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirməli, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verməlidir.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər