Qida cinayəti - Ərzaq məhsullarının “KARUSEL ƏMƏLİYYATI”

dogruxeber.tv: - Ərzaq təhlükəsizliyi dünyanın hər bir ölkəsi üçün ciddi strateji məsələdir. Qloballaşan dünyada bu təhlükəsizliyi təmin etmək müşkül məsələyə çevirilib. Dünyanın qida sənayesində insan orqanizminə zərər vuracaq çoxçeşidli məhsullar istehsal olunur. Həmin məhsulların istifadə müddəti bitdikdə isə təhlükə dəfələrlə yüksəlmiş olur.

Təəssüf ki, Azərbaycanın ərzaq bazarı da zərərli, o cümlədən də istifadə müddəti bitmiş məhsullarla “zəngindir”.

Bu barədə fakt, şikayət və narazılıqlar mətbuat orqanlarında, sosial şəbəkələrdə dəfələrlə yer alıb. Dövlət qurumları tərəfindən hətta dəfələrlə məhsulların istifadə tarixinin dəyişdirilməsi ilə məşğul olan obyektlər üzə çıxıb. Amma bu cür məhsulların rəflərdən tamamilə yığışdrılması mümkün olmayıb.

Mətbu orqanlarında “Bizim market”, “OBA” market, “Araz” kimi böyük ticarət mərkəzlərində də yararlılıq müddəti keçən məhsul satışı ilə bağlı faktlar yer alsa da nədənsə AQTA-nın məlumatlarında daim kiçik dükanların adı çəkilib, onlarla bağlı müvafiq tədbirlərin görüldüyü açıqlanıb.

Ölkəmizdə istifadə müddəti keçmiş məhsullar müxtəlif prosedurlardan sonra yenidən həmin rəflərə qaytarılmaqla bərabər, bəzən belə məhsullar rayonlara yol açır, kafe-restoranlarda, şadlıq saraylarında masamızın üzərinə gətirilir.

Kütləvi şəkildə tuğyan edən ərzaq cinayətinin qarşısı necə alınmalı, bununla necə mübarizə aparılmalı, istehlakçılar mağazalarda onları necə ayırd etməlidirlər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, yararlılıq müddəti keçmiş məhsulların satışının qadağan olması qanunlarımızda öz əksini tapsa da, onlarda boşluqların olması bu kimi halların davam etməsinə şərait yaradır:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, ”Yeyinti məhsulları haqqında” Qanunlarda, eləcə də Nazirlər Kabinetinin 95 saylı qərarında qeyd olunub ki, yararlılıq müddəti keçmiş məhsulların satışı qadağandır. Vaxtı keçmiş məhsulları satan marketləri isə hər bir məhsula görə 1500 manata qədər cərimə gözləyir. Marketlər bu cür malları distibrüterə və ya istehsalçıya qaytarır. İstehsalçı isə onları yenidən qablaşdırır və istifadə müddəti ilə bağlı tarixini dəyişdirərək yenidən mağazalara göndərirlər”.

Eyyub Hüseynov bildirir ki, xüsusi proqram var ki, onun vasitəsilə istifadə müddəti keçmiş məhsullar satışdan çıxarıla bilər:

“Proqramın vasitəsilə vaxtı keçmiş məhsulların kodları skaynerə oxunmur. Proqramın bazası Qida Təhlükəsizlik Agentliyinin serverinə inteqrasiya oluna bilər ki, qurumda ofisdə oturaraq, hansı marketdə nə qədər istifadə müddəti keçmiş məhsulun olduğu görünər.

Amma təəssüf ki, bu proqramı nə marketlər, nə də AQTA əldə etmək istəmir. Digər tərəfdən isə Mərkəzi Avropa ölkələrində mağazalar şəbəkəsi mövcuddur - onlarda istifadə müddətinin bitməsinə az qalımış məhsullar satılır və hər kəsin bu haqda məlumatı olur. Azərbaycanda da bu cür mağazalar açıla bilər. Müddəti bitən mallar isə məhv edilməli və ya qeyri ərzaq istehsalında istifadə olunmalıdır”.// Bizim.Media

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər