Azərbaycandakı toyuq ətində təhlükəli maddə










Azərbaycandakı toyuq ətində təhlükəli maddəAzərbaycan mətbəxində toyuq ətindən geniş istifadə olunur. Toyuq əti və yumurta son dərəcə doydurucu qidalardır. Toyuq əti sağlam qida sayılır. Amma bir şərtlə ki, bu ət keyfiyyət baxımından lazımi standartlara cavab versin. 2017-ci ildə Azərbaycanda toyuq əti istehsalı 17 faiz artıb. Bu artım əvvəlki illə müqayisədə 3 faiz çoxdur. Bunu "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, yerli istehsal ölkənin toyuq əti təminatını tam ödəyə bilir. Bu təminat həm quş əti, həm də yumurta istehsalına aiddir

Məlumata görə dünyada ilk üç toyuq əti istehsalçısı arasında yer alan Fransanın "Doux" şirkəti iflas edib. Bu şirkət son illər maliyyə problemləri yaşayırdı. "Doux"un ən böyük müştərisi Səudiyyə Ərəbistanı idi. Amma bu şirkətin quş əti məhsulları da Azərbaycana idxal olunurdu. Aydın Vəliyevin sözlərinə görə "Doux" şirkətinin məhsulları Azərbaycana 4-5 ildir ki, idxal olunmur. Hətta quş əti ilə bağlı idxal Ukraynadan da Azərbaycana dayandırılıb. Bazarda yalnız yerli istehsaldır.

Bəzi ekspertlərin fikrincə, Azərbaycanın quş əti bazarında vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, Azərbaycanda istehsal olunan quş əti bütün beynəlxalq standartların tələblərinə tam cavab verir. Eləcə də istehlak bazarına çıxarılan bütün məhsullara, o cümlədən də quş ətinə keyfiyyət nəzarəti tam təmin edilmir. Mütəxəssislər hesab edir ki, toyuq ətinin və digər heyvandarlıq məhsullarının keyfiyyətinin təyin edilməsi üçün dünya praktikasında göstərilən üsuldan və avadanlıqan istifadə edilməlidir. Amma Azərbaycanda buna əməl olunmur. Bu səbəbdən də toyuq ətinin tərkibində zərərli maddələr qalır.

Keyfiyyətlə yanaşı həm də qiymət məsələsində ciddi narazılıqlar və problemlər var. Uzun illərdir ki, Azərbaycan bazarında təhlükəli toyuq əti satışı hələ də qalmaqdadır. Rəsmi qurumlar bunu təkzib etsələr də, bəzi ölkələrdən insan həyatı üçün təhlükəli olan quş əti məhsulları hələ də gətirilir ki, əsasən bu məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda istehsal olunan toyuqlar keyfiyyət baxımından o qədər də yüksək deyil:

"Ona görə də bilmirik ki, antibiotik qalıqları olan maddələr toyuqların bədənində var, yoxsa yox…

Bu sahədə böyük problem var. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi məsələni həll edəcək. Yerli istehsal tələbatı tam ödəyə bilər. Amma Azərbaycana İrandan, Rusiyadan, Ukraynadan, Braziliyadan toyuq əti idxal olunur. Təəssüflər olsun ki, kənar ölkələrdən gətirilən toyuqların keyfiyyəti qənaətbəxş deyil. Baxmayaraq ki, Ukraynadan gətirilən təhlükəli toyuqlarla bağlı Baş Prokurorluqda cinayət işi də qaldırılmışdı. Amma məndə olan məlumata görə Ukraynadan, Braziliyadan hələ də Azərbaycana təhlükəli toyuqlar gətirilir ki, onların tərkibində mənşəyi məlum olmayan və həddindən çox olan maye var”.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər