Maaşlar nə zaman artırılacaq?


“Əmək Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqı artımında dövriliyin təmin olunması deməkdir”.

DogruXeber.tv: Bu barədə deputat Vüqar Bayramov şərh verib.

“Artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.

Vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər”, – parlamentari qeyd edib.

Artımın nə zaman baş verəcəyinə gəldikdə isə V.Bayramov xatırladıb ki, Məcəlləyə olan dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı ildə təsdiq edilib: “Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır.

Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əməkhaqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əməkhaqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur”.

Son xəbərlər

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Azərbaycanda iki yeni institut yaradıldı

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olundu

Yeni sistem: Robotlar işçilərə nəzarət edəcək

Paşinyan seçkilərdə qələbə qazanacağına əmindir

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var

Mütəxəssislər "Sabah"ın qələbəsinin, "Qarabağ"ın titulsuz qalmasının səbəblərini açıqladı

DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışdı

Yusif Həsənbəy vəfat etdi

Tanınmış hakim təqaüdə göndərildi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

Səfirlik: Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə görə minnətdarıq

Kukla Teatrında yeni tamaşanın premyerası olacaq

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

Bakıda avtobuslarda yenilik: Bu şəxslərə gediş-gəliş pulsuz olacaq

Prezident həmkarını təbrik etdi

Aeroport yolunda avtomobil yandı..

Qardaş ölkədən şok görüntülər - FOTO

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

Təbii qazın dəyəri artdı

180 illik sirr açıldı..

Dəhşətli ailə faciəsi: Kişi arvadını və ögey qızını qətlə yetirdi

Bu türk ölkəsi məktəblərdə telefonu qadağan etdi

Saleh Səmədovun məhkəməsi başladı

Bütün xəbərlər