Azərbaycanda kimlərin maaşı ARTACAQ? – YENİLİK

“Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq”.

"DogruXeber.tv" xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.

O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır:

“Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır.
Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq”.

Deputat vurğulayıb ki, bəzi qurumlarda eyni vəzifə üzrə çalışan şəxslərin maaşları bir-birindən fərqlənir:

“Bu çərçivədə Vahid Tarif Cədvəlinin yenidən təsdiqi dövlət sektorunda maaşların optimallaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda, oxşar vəzifələr arasında mövcud olan maaş uçurumunu aradan qaldıracaq”.

İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bu addımın doğru olmadığını deyib. O vurğulayıb ki, saathesabı əməkhaqqının tətbiqi daha faydalıdır:

“Sektorlar üzrə maaşların tətbiqi praktik olaraq əhəmiyyətsizdir və ciddi təsiri olmayacaq. Bu, bazara lazımsız müdaxiləyə gətirib çıxaracaq. Onsuz da, elə sektorlar var ki, orada minimal ortaaylıq əməkhaqqı daha yüksəkdir. Bazarda əməkhaqqını iqtisadiyyat, əmək bazarı, iş yerləri və kadrlara olan tələbat tənzimləyir. Digər dəyişikliklər isə absurddur və mən bunun qəti əleyhinəyəm. Hazırda Vahid Tarif Cədvəli təkmilləşdirilir və buna ehtiyac olduğu üçün baxılır. Yeni cədvəl mövcud reallıqları əks etdirəcək”.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər