“8 min manat maaş alan vergi vermir, amma 250 manat alan verir” - Ekspert









Ekspert: “Minimum əməkhaqqı vergidən azad edilməlidir”



“Bu aydan ölkəmizdə minimum əməkhaqqı 250 manata çatdırılıb. Həmin məbləğ minimum olsa da belə, gəlir vergisinə cəlb olunmaqdadır”.



dogruxeber.tv xəbər verir ki, bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.



İqtisadçı deyib ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmaya, güzəştli kateqotiyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur:



“Qanunvericiliyə əsasən, həmin əməkhaqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olacaq. Deməli, minimum əməkhaqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alacaq”.


Ekspert qeyd edib ki, sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır:


“Onsuz da minimum əməkhaqqıdan alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əməkhaqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var. Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əməkhaqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu minimum əməkhaqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əməkhaqqı almasına səbəb olar”./Demokrat.az

Son xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Bütün xəbərlər