gundem / maraqli / Cəmiyyət
14.05.2026
Qardaş ölkədən şok görüntülər - FOTO
Türkiyənin Bitlis vilayətinin Tatvan bölgəsindəki Nemrut Krater gölü yolunda qarın qalınlığı 7 metrə çatır.
DogruXeber.tv: Bitlis Vilayət Xüsusi İdarəsi tərəfindən bölgəyə cəlb edilən texnika və canlı qüvvə, bəzi yerlərdə hündürlüyü 7 metri keçən qar kütlələrinə baxmayaraq, fasiləsiz fəaliyyət göstərir.
İlkin mərhələdə zirvə hissəsinə qədər olan yolun açılması hədəflənir. Planlara əsasən, bir neçə gün ərzində bütün yol qardan tamamilə təmizlənəcək. Yolun açılmasını həyəcanla gözləyən turistlər və təbiət həvəskarları özünəməxsus gözəlliyi ilə seçilən Nemrut Kalderasını ziyarət etməyə hazırlaşırlar.
Yolun istifadəyə verilməsi ilə bölgədə yay turizm mövsümünə rəsmən start veriləcək. Yay mövsümü boyunca yerli və xarici turistləri qəbul edən Nemrut Kalderası təbii gözəlliyi ilə bölgədəki əhəmiyyətli turizm məkanlarından biridir.






