Bakı-Quba magistral yolunda təmir-bərpa işləri aparılır (FOTO)










Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır.

dogruxeber.tv-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinin müdaxiləsi ilə sözügedən yol boyu təxirəsalmaz və kompleks tədbirlərə start verilib.

Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir.

Təmir-bərpa işləri zamanı yolun örtüyününün çatlamış və dağılmış hissələri frezlənərək kənara daşınır, bunun əvəzinə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.

Tərtib olunmuş qrafikə uyğun AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir-bərpa işləri artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir.
Anoloji işlər yolun əks istiqamətində də aparılır. Burda da yol örtüyünün dağılmış hissələri frezlənir, ardınca isə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir. Bakı-Quba istiqaməti üzrə aparılan bu işlər 7 min kv.m sahədə artıq bitib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun dağılmış və deformasiyaya uğramış bütün hissələrinin bərpası istiqamətində işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yol boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur./Trend

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər