Bu gün paytaxtın Suraxanı rayonunda kiçiktutumlu yük avtomobili yanıb.
DogruXeber.tv: Aeroport şosesinin Ramana qəsəbəsindən keçən hissəsində - keçidin yanında avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası yanğını söndürüb.