hadise
1.11.2019
Bakıda iki minik avtomobili toqquşdu, biri yandı

Bakı şəhərinin Nərimanov rayonunda “Audi” və "Lada" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, nəticədə “Audi” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hisəssi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend


