gundem / hadise
12.05.2019
Bakıda yanaşı dayanmış avtomobillər yandı

Bakı şəhərinin Yasamal rayonunda 2 avtomobil yanıb.
dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və yaxınlıqda "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin səbəbi araşdırılır.


